Xəbər lenti - AzBaku.org
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.
Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.
Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan Fərhad Xəlilov zəngin yaradıcılığı, özünəməxsus bədii üslubu və fərqli dəst-xəti ilə seçilir. Rəssam dəzgah rəngkarlığının müxtəlif janrlarında çalışaraq realizmdən avanqard və mücərrəd sənətə qədər fərqli bədii yanaşmaları yaradıcılığında birləşdirib. Onun əsərlərində bədii ifadə vasitələrinin rəngarəngliyi, rəng və kolorit həllinin özünəməxsusluğu, həmçinin təsvir olunan məkanın emosional təsir gücü diqqəti cəlb edir.
Sənətkarın yaradıcılığında mənzərə janrı, xüsusilə də Abşeron mövzusu mühüm yer tutur. Rəssamın şəxsi müşahidələri və təəssüratları əsasında yaratdığı əsərlərdə Abşeronun təbiəti, sahil mənzərələri, kəndləri, dəyişkən hava şəraiti və özünəməxsus ab-havası fərdi bədii interpretasiya ilə rəng, işıq və kolorit vasitəsilə öz ifadəsini tapıb.
Abşeron onun yaradıcılığında yalnız təsvir obyekti deyil, həm də rəssamın duyğularını, düşüncələrini və dünyaya baxışını ifadə edən əsas mövzulardan biridir. Rəssamın əsərlərində məkanın vizual xüsusiyyətləri ilə yanaşı, onun doğurduğu emosional hisslər də var.
Xalq rəssamının yaradıcılığında rəngkarlıqla yanaşı, qrafika da xüsusi yer tutur. Müxtəlif formatlarda və fərqli bədii yanaşmalarla ərsəyə gətirilmiş qrafik əsərlər sənətkarın yaradıcılıq diapazonunun genişliyini, forma və kompozisiya axtarışlarını nümayiş etdirir. Sərgi Abşeron mövzusunun rəssamın yaradıcılığında zamanla necə inkişaf etdiyini və onun fərdi sənət dilində kəsb etdiyi mənanı üzə çıxarır.
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə "Ala-Arça" Dövlət iqamətgahında olub.
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşıladı.
"Ala-Arça" Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.
Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.
Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.
i İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki "Irıs Ordo" Konqres Mərkəzinə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra "ŞƏT plyus" formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki "Irıs Ordo" Konqres Mərkəzinə gəlib.
Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbik edib.
Bununla bağlı dövlət başçısının sosial şəbəkə hesablarında paylaşım edilib.
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.
Kino sənayesində dövlət sifarişi sistemi təkmilləşdiriləcək
Azərbaycanda kino sənayesində dövlət sifarişi sistemi, dəyər zənciri, o cümlədən kütləvi nümayiş və yayım sistemi təkmilləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2030-cu illərdə mövcud vəziyyətin təhlili əsasında tədbirlərin, tərəfdaşların, icraçıların və əməkdaşlıq modellərinin müəyyən edilməsini təmin etməlidir.
Əməkdaşlığın inkişafına mane olan "907-ci düzəliş" – bu qərəzlə vidalaşmağın yetişən zamanı - ŞƏRH
ABŞ-nin Azərbaycana yardımlarını məhdudlaşdıran maneə aradan qalxır
Məlumata görə, ABŞ Konqresinin saytında Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvi barədə qanun layihəsinin mətni yerləşdirilib. Sənəddə bildirilib ki, Azərbaycan Respublikası müstəqillik qazandığı gündən indiyədək ABŞ və onun tərəfdaşları üçün etibarlı müttəfiq olaraq qalıb, müharibə və sülh dövründə mühüm əməkdaşlıq həyata keçirib.
Sənədə əsasən, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu açıq şəkildə nümayiş etdirib, uyğun sərhədlər, ərazi bütövlüyü Azərbaycan və Ermənistan tərəfindən razılaşdırılan sülh sazişi ilə təsbit olunub.
Layihədə vurğulanıb ki, "Azadlığa Dəstək Aktı" haqqında qanunun 907-ci maddəsi ləğv edilir və qanunun mündəricatında həmin maddə ilə əlaqəli bənd çıxarılır.
"907-ci düzəliş", "Azadlığı müdafiə aktı" nədir, kimi suallar yenidən və bəlkə də müzakirə üçün sonuncu dəfə gündəliyə gəlib. Habelə, "Azərbaycan-ABŞ münasibətlərinin inkişafına kimlər mane olub?" məsələsini bir daha aktuallaşdırır.
Bu, 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na əlavə edilən və Azərbaycana Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. Onun erməni lobbisinin təşəbbüsü və təsiri ilə qəbul edildiyi bildirilir. Bu "düzəliş" Azərbaycanı iqtisadi və siyasi baxımdan ABŞ-dən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdi.
Müstəqilliyini yeni bərpa etmiş, ABŞ, Avropa İttifaqı, NATO ilə əməkdaşlığı xarici siyasi kursunda prioritet sayan, ərazisinin bir hissəsi işğal edilmiş dövlətə qarşı bu sanksiya məntiqsiz və ədalətsiz sayılırdı.
Rəsmi İrəvan, lobbi və işğal faktını dəstəkləyənlər iddia edirdilər ki, Azərbaycan "Dağlıq Qarabağ"ı "işğal edib" və Ermənistanı "blokadada saxlayır".
Senator Con Makkeyn rəsmi Bakının ermənilərə qarşı bu "əməllərindən" "çəkindirmək" məqsədilə "907-ci düzəlişin" tətbiqi layihəsinin təşəbbüskarı olub. Senator, keçmiş dövlət katibi Con Kerri və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən konqresdə yenidən irəli sürülmüşdü. Senator Riçard Luqar isə düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etsə də, düzəliş Konqres tərəfindən qəbul olunmuşdu.
Düzəlişin qəbul olunmasında fəal rol oynayanlardan biri də ovaxtkı senator, keçmiş prezident Cozef Baydendir. Keçmiş prezident bu "düzəlişin" ləğv edilməsi ilə bağlı məsələyə qarşı dəfələrlə çıxış edib. O, erməniləri ən çox dəstəkləyən, onlardan lobbiçilik fəaliyyətinə görə, daha çox faydalanan senator sayılır.
Yeri gəlmişkən, onun prezidentliyi dövründə ABŞ ilə Ermənistan arasında Strateji Tərəfdaşlıq Xartiyası Baydenin prezidentliyinin son günlərində 2025-ci il yanvarın 14-də imzalanıb. Həmin sənəddə iki ölkə arasında diplomatik, iqtisadi, enerji, yüksək texnologiya, təhsil, elm, mədəniyyət, hüquq, həmçinin müdafiə və təhlükəsizlik sahələrində münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı səylər vurğulanıb.
2001-ci ilin 11 sentyabrında ABŞ-də törədilən terror aksiyalarından sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi. 2024-2025-ci illərdə keçmiş ABŞ prezidenti Cozef Bayden aktın tətbiqini dayandıra bilərdi. Ancaq o bu addımı atmayaraq Azərbaycana qarşı qərəz nümayişini davam etdirmişdi.
"Azadlığın Dəstəklənməsi Aktı" qanunu Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Qafqaz daxil olmaqla yeni müstəqil dövlətlərdə demokratikləşmə, bazar islahatlarını iqtisadi, biznes və kənd təsərrüfatı yardımı vasitəsilə dəstəkləməyə yönəlmişdi. Azərbaycan isə yeganə postsovet respublikası olaraq bu yardımdan yararlana bilmədi.
Bu, ABŞ ilə görüşlərdə müzakirə edilən məsələlərdən olub.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı dövlətlərarası bu problemə toxunaraq deyib ki, Konqresin "907-ci düzəliş"i birdəfəlik ləğv etməsi etimad və əməkdaşlığı möhkəmləndirərdi. Dövlət başçısı vurğulayıb ki, konqresin onu birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı gücləndirərdi.
Dövlət başçısı əvvəlki çıxış və müsahibələrində də "düzəlişin" qərəzli, onun ikili standartlara nümunə olduğunu vurğulayıb.
Bu il avqustun 8-də Azərbaycan Respublikası ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi iki dövlət arasında strateji münasibətlərin möhkəmlənməsinə yönəlmiş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay müddətində hazırlanması üçün Strateji İşçi Qrupunu yaratmaqdır.
İşçi Qrupu üç sahəyə diqqət yönəltmək niyyətindədir:
- Enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar;
- Süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr;
- Müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıq.
Enerji sahəsində sərmayələrin və regional bağlantılar üzrə infrastrukturun genişləndirilməsi, müdafiə və terrorizmə qarşı mübarizə sahəsində daha möhkəm əməkdaşlığın qurulması, regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi və başqa sahələrdə əməkdaşlıq nəzərdə tutulur.
Bu il dekabrın 19-da Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. İclasda Xartiyanın hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Bu görüş tərəflər arasında nəzərdə tutulan məsələlərin reallaşması istiqamətində atılan real addımdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı bu məsələyə dair suala cavabında deyib ki, Azərbaycan-ABŞ münasibətləri fonunda 2025-ci il çox müsbət və zəngin il olub: "Vaşinqton görüşündə "907-ci düzəliş"in dayandırılması barədə sənəd imzalanıb. Bu, mühüm addımdır. O sənədin qəbulu ölkəmizə qarşı ədalətsizlik idi və bu, əsassız addım olub. Azərbaycan "907-ci düzəliş"in qüvvədə saxlanılmasını məntiqsiz sayır".
Onun sözlərinə görə, "907-ci düzəliş"in tamamilə ləğvi ilə bağlı təşəbbüs irəli sürülüb: "Güman edirik ki, buna nail olunacaq. Çünki bunun üçün hazırda münbit şərait var. Əgər düzəliş tamamilə aradan qaldırılarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə, həmçinin regiondakı dəyişikliklərə çox yaxşı təsir edəcək".
33 il öncə "907-cü düzəliş"in qəbul edilməsi Azərbaycan-ABŞ əlaqələrin güclənməsinə, inkişaf etməsinə bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə mane olan qüvvələri, mənbələri ifşa edib. Ancaq bu il avqustun 8-də ABŞ, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda üçtərəfli görüşü, orada imzalanan sənədlər, verilən açıqlamalar əngəllərin aradan qalxacağına ümidləri artırıb.
Çünki "907-ci düzəliş"in qəbul edilməsi haqqında irəli sürülən iddiaların yalan olduğu 44 günlük müharibə və ondan sonrakı tədbirlər nəticəsində ifşa edildi. Həmin hadisələr torpaqlarının ermənilər tərəfindən işğalına son verdi, "907-ci düzəliş"i dəstəkləyənlərə bənzər havadarları tərəfindən Azərbaycan ərazilərinin Ermənistana verilməsinin qarşısını aldı. Bundan başqa, işğal faktının regional və qlobal əməkdaşlığa mane olduğu isbatlandı və s.
İndi iki tərəf arasında sülh sazişi paraflanıb, Azərbaycandan Ermənistana Qazaxıstan və Rusiya taxılı tranzit yolu ilə ötürülür. Habelə SOCAR-ın neft məhsulları Ermənistanın yanacaq bazarına çıxarılıb. Bu isə iki ölkə arasında yaxın zamanda ticarət əlaqələrinin qurulub inkişaf etməsi üçün ümidləri artırır.
Beləliklə, Azərbaycana "907-ci düzəliş"in tətbiqi üçün bəhanə edilən, heç vaxt olmayan "amil" artıq "yoxdur". Başqa sözlə, Azərbaycan sülhsevər təklifləri və addımları ilə konqresmenlər və lobbinin qərəzlərini ifşa edib. Belə bir şəraitdə "düzəliş"in aradan qaldırılması Azərbaycan və ABŞ-nin əməkdaşlığı inkişaf etdirməsi üçün potensial imkanlardan yararlanmasına təkan verər. Bu qondarma "düzəliş" Strateji Xartiyanın imzalanmasına da maneə sayılır. Bir zamanlar ATƏT-in Minsk Qrupu və onun həmsədrliyi var idi. O, Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasına yardım edəcəkdi. Ancaq hadisələr onun ən böyük maneələrdən olduğunu təsdiqlədi.
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
Dövlət başçısının 64 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkilərdə İlham Əliyev 92,12 faiz səs toplayaraq, ölkə prezident seçilib.
İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini icra edərək, Qarabağ və ətraf rayonları qısa zamanda yağılardan təmizlədi. Bütün bunlar isə İlham Əliyevin uzaqgörən siyasətinin, sərkərdəlik qabiliyyətinin, ölkəmizdə həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatların, uğurlu xarici siyasətin nəticəsidir.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.
Bakı metrosunda interval endirilir
Sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında interval 1 dəqiqə 45 saniyəyə endiriləcək.
Bu barədə “Bakı Metropoliteni” QS-dən bildirilib.
Məlumata görə, bu göstərici 34 cüt/saat prinsipi (1 saat ərzində 1 stansiyadan hər iki istiqamətdə keçən qatarların sayı) əsasında əldə olunub və bununla da son bir il ərzində artıq ikinci dəfə tarixi rekord qeydə alınıb.
Qeyd edilib ki, cari ilin may ayında mövcud texniki imkanlar daxilində aparılmış təkmilləşmə işləri sayəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə görülmüş əlavə tədbirlər, rəqəmsallaşma sahəsində tətbiq olunmuş yeniliklər pik saatlarda qatarların hərəkətinin daha da sıxlaşdırılmasına imkan yaradıb.
Yeni qrafikə əsasən “28 May–Əhmədli” sahəsində:
İş günləri səhər (saat 07:30–09:30) və axşam (saat 17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə təşkil edəcək.
Səhər saat 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq.
Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.
QSC-dən əlavə edilib ki, müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.
Zelenski: Putin Uitkoffa Donbası ilin sonuna qədər alacağına söz verib
Putin ilin sonuna qədər Donbası almaq istəyir, bu, Rusiyaya iki və ya üç milyon insanın həyatına başa gələcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ABC News-a müsahibəsində deyib.
“O (Putin), amerikalılara, Ağ Evə və Prezident Trampın nümayəndəsi Uitkoffa Donbası ilin sonuna qədər maksimum iki-üç ayda alacağını söyləyib”, - Zelenski bildirib.
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Azərbaycan İsrailin İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq.
Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.
Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir