Rusiyada içkili mühafizəçi sərnişini terrorçu ilə səhv saldı – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində metro mühafizəçisi yeniyetməni yarım saat tapança ilə təhdid altında saxlayıb.

Oxu.Az-ın xəbərinə görə, insident “Staraya derevnya” stansiyasında baş verib.

Tapança ilə silahlanmış mühafizəçi sərnişinlərə təhlükəli terrorçunu saxladığını bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları 33 yaşlı mühafizəçini saxlayıblar. Onun üzərindən travmatik tapança götürülüb.

Araşdırma zamanı mühafizəçinin içkili olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi açılıb