“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI

“Avroviziya – 2024”də Azərbaycana səs verən ÖLKƏLƏR - SİYAHI

Nüfuzlu “Avroviziya – 2024” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycana hansı ölkələrin neçə xal verdiyi üzə çıxıb. 

Bununla bağlı yarışmanın rəsmi saytında məlumat dərc olunub. 

Belə ki, yayımlanan siyahıya əsasən: Moldova - 6 xal, Finlandiya - 1 xal, Litva - 1 xal, Polşa – 1 xal, Serbiya - 1 xal, Ukrayna – 1 xal. 

Qeyd edək ki, ölkəmizi yarışmada Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətöv "Özünlə apar" mahnısı ilə təmsil ediblər. Onlar finala vəsiqə qazana bilməyiblər. Yarışmanın qalibi isə İsveçrə təmsilçisi Nemo olub.