Hakan Fidan Türkiyə ilə Yunanıstan arasında terrorla mübarizə sahəsində əməkdaşlığın güclənə biləcəyini deyib
Həm Türkiyə, həm də Yunanıstan mövcud problemləri rahat müzakirə edə bilirlər.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Avstriyadan olan həmkarı Aleksandr Şallanberq ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, gərginliyin azaldılması istiqamətində müzakirələr davam edir: “Terrorla mübarizə məsələsində də əməkdaşlıq və müzakirələr davam edir. Bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək barədə düşünürük”.
H.Fidan xatırladıb ki, uzun illər Türkiyədən qaçan terrorçular Yunanıstana sığınıblar.
Nazir qeyd edib ki, Ankara və Afina turizm sahəsində də əməkdaşlığın inkişafında maraqlıdır.