Qəbələdə sürücünün yoluna ayılar çıxdı - VİDEO

Ayılar gecə rayon mərkəzinə enib


Qəbələdə ayılar rayon mərkəzinə girib. Avtosfer.az-a göndərilən görüntülər adıçəkilən rayonda bir müddət əvvəl lentə alınıb. Ayıların meşədən çıxaraq Dəmiraparan çayını keçərək rayon mərkəzinə daxil olduqları bildirilir. Hadisə şahidlərinin sözlərinə görə, ayılar rayonda bir nəfərin həyətinə girərək əşyalara az da olsa ziyan vurublar. Bir müddətdən sonra isə ayılar gözdən itiblər.