FHN əməkdaşları maşında dava etdi - Biri öldürüldü

FHN əməkdaşları maşında dava etdi - Biri öldürüldü

Gəncədə qətl hadisəsi törədilib.

Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.

Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Gəncə Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.