Bu sürücüyə manevr qaydasını bir daha öyrətmək lazımdır - VİDEO

Avtomobilin qeydiyyat nişanını da təmiz saxlamır

Dekabrın 22-də Bakıda qayda pozan sürücünün görüntüsü digər avtomobildə quraşdırılmış kameraya düşüb. Bakı-Sumqayıt yolunda (“Ekologiya postu”nun yaxınlığında) hərəkətdə olan 90-XJ-901 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sol zolağa yerdəyişmə edən vaxt eyni səmtə gedən avtomobilə yol verməyib. Bundan əlavə, videodan aydın şəkildə görünür ki, avtomobilin qeydiyyat nişanı çirkli olduğu üçün oxunmaz hala düşüb.