Bakıda “təyyarə sürəti ilə” hərəkət edən avtomobil – FOTO

Bakıda Dövlət Yol Polisinin elektron protokolu sürücünü təəccübləndirib.

Oxu.Az xəbər verir, Bilgəh-Nardaran-Pirşağı yolunda avtomobil sürət həddini aşdığı üçün sürücüyə maraqlı elektron protokol gəlib.

Belə ki, protokola baxanda məlum olur ki, qeyd edilən yolda Kürdəxanı istiqamətində hərəkət edərkən maksimal sürət 110 km\s olduğu halda, avtomobil 623 km\s sürətlə idarə edilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, Azərbaycanda 623 km\s sürətlə hərəkət edən avtomobil olmadığından bu texniki səhvdir:

“Həmin elektron protokolda texniki səhv baş verib. Sürücü məsələnin həlli ilə bağlı DYP idarəsinə müraciət etməlidir”.

Qeyd edək ki, 623 km\s təxminən təyyarənin uçuş sürətinə bərabərdir.
Bakıda “təyyarə sürəti ilə” hərəkət edən avtomobil – FOTO