r

Bakıda avtomobil 2 gənci vurdu

Bakıda gənc qızı və oğlanı avtomobil vurub.

AzBaku.info Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, "Elit" Ticarət Mərkəzini tərk edən 1994-cü il təvəllüdlü Abışov Nurlan Sahru oğlu və 1994-cü il təvəllüdlü Səmədova Əsmər İlqar qızı yolu keçmək istəyərkən hər ikisini avtomobil vurub. Yaralılar təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.