Şəhriyar Məmmədyarov superturnirdə ilk qələbəsini qazandı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən nüfuzlu Tata Steel Masters turnirində ilk qələbəsini qazanıb.

Oxu.Az-ın xəbərinə görə, Məmmədyarov ikinci tur çərçivəsində qara fiqurlarla çinli Hou Yifanı üstələyib. İlk turda Şəhriyar amerikalı Uesli So ilə heç-heçə oynayıb.

Şahmatçımız üçüncü turda rusiyalı Maksim Matlakovla qarşılaşacaq.

Turnir 13 turdan ibarətdir. Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə yanvarın 26-da oynayacaq.