Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı – FOTO

Türkiyədə avtobus qəzası baş verib.
AzBaku.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankaradan Bursaya gedən sərnişin avtobusunun Əskişəhər ərazisində yolun kənarındakı ağaclara çırpılması nəticəsində 13 nəfər ölüb, 42 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın sürücünün avtobusun qarşısına çıxan iti vurmamaq üçün kəskin manevr etməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerində polis işləyir.
Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı – FOTO
Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı – FOTO