Mir Cəlal adına hekayə müsabiqəsi elan edildi - ŞƏRTLƏR

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən "Ədibin evi" (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədi ilə Mir Cəlal adına Hekayə müsabiqəsi

Elan edir


Qaydalar və şərtlər

- Hekayənin həcmi 2000 (iki min) sözdən çox olmamalıdır;
- Hekayənin məzmunu və yazıldığı dil ilə bağlı məhdudiyyət yoxdur;
- Çap olunmuş hekayələr qəbul edilmir;
-Hekayələr elektron şəkildə info@edibinevi.az və ya poçtla Bakı, İçərişəhər, Kiçik Qala küçəsi 18 ünvanına 1 aprel 2018-ci il tarixinə qədər göndərilməlidir.

Mükafatlar:


I yer: 3000 Azn
II yer: 2000 Azn (iki mükafat)
III yer: 1000 Azn (üç mükafat)

Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və 2018-ci ilin aprel ayında, Mir Cəlalın 110 illik yubileyi ərəfəsində "Ədibin Evi"ndə keçiriləcək tədbirdə mükafatlandırılacaqlar.

Müsabiqənin davamlı olacağı nəzərdə tutulur.

Əlaqə: +99450 254 12 17 / info@edibinevi.az / Kiçik Qala küçəsi 18, İçərişəhər, Bakı