Qoç - enerjiniz çoxdur, amma ondan məhsuldar şəkildə yararlanın. Ətrafınızdakı insanlara qarşı sərt mövqe tutmayın. Belə davranış münasibətlərdə harmoniyaya səbəb olmayacaq. Yumşaq olun, həssas davranın. Çətinlikləri dəf edərək daha pozitiv ola bilərsiniz. Yaxınlarınızın qəlbini yaralamayın. Ailə üzvləriniz sizdən açıqlama gözləyirlər. Maliyyə məsələlərində düşünülməmiş addımlar atmayın. Axşam saatlarında yaşam potensialınız yüksək olacaq. Aktiv istirahəti seçin.
Buğa - yeni işə başlamaq, yaşamda nəyisə dəyişmək olar. Ambisioz planlar qurmaqdan çəkinməyin. Risk edin ki, ciddi uğur əldə edə biləsiniz. Yeni ideyanın reallaşmasına dərhal başlayın. Vaxt itirmək və ya nəyisə təxirə salmağın heç bir əsası yoxdur. Şəxsi münasibətlər müstəvisində baş verən hadisələr sizi sevindirə bilər. Hisslərinizi nizama salın, sevdiyiniz insanla ünsiyyətdə qabalıq etməyin. Tərslik etməyin, mürəkkəb situasiyada güzəştə gedin. Belədə uduzmazsınız. Axşam saatlarında əhvalınız pisləşə bilər.
Əkizlər - səfər, səyahət və ya ezamiyyətdə olanları uğur gözləyir. İşgüzar ünsiyyət çevrəsini genişləndirə bilərsiniz. Təmaslarda səmimilik, nikbinlik qarşı tərəfin rəğbətini qazanmağa yardım edəcək. Maliyyə problemlərini həll edərkən sayıq olun, aldanmayın. Şəxsi münasibətlər müstəvisində situasiya sakit deyil. Xoşagəlməz vəziyyət yarana bilər. Münaqişə və ya qarşıdurma riski var. Daha fəal olun. Yaxınlarınıza yardım edin. Məhz bu gün sizdən kömək uman insanları incitməyin. Axşam saatlarında istirahət edin.
Xərçəng - iş üçün əla gündür. Peşəkar müstəvidə qarşınıza qoyduğunuz məqsədə çatacaq, tapşırıq və öhdəlikləri yerinə yetirəcəksiniz. Yeni məhsuldar əməkdaşlığa başlaya bilərsiniz. Cazibədar kommersiya təklifinin alınması istisna deyil. Gəlirləriniz arta bilər. Uzunmüddətli sərmayələrdə yanılmayın. Şəxsi həyatınızda köklü dəyişikliklər istəyi var. Amma qəti və sərt addımlar atmağa tələsməyin. Yaxın gələcəyinizi planlaşdırın, prioritetləri müəyyənləşdirin. Alınan bütün, hətta ən paradoksal təklifləri diqqətsiz qoymayın.
Şir - ətrafınızdakı insanlara təsir imkanlarınız artıb. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bu şansdan yararlanın. Səbr və təmkinlə davransanız, ən cəsur planlarınızı reallaşdıra bilərsiniz. Yarımçıq qoyduğunuz işi başa vurun. Şəxsi münasibətlər müstəvisində ciddi yeniliklər və dəyişikliklərə bel bağlamayın. Qohumlara və sevdiyiniz insana təzyiq göstərməyin. Ailə üzvləri ilə mükalimələrdə ehtiyatlı olun. Tələb edərkən, sərt danışarkən nəyəsə nail ola bilməyəcəksiniz. Güzəştə getsəniz, istədiyinizə çata bilərsiniz. Üstəlik, belədə sonrakı mübahisənin qarşısını ala bilərsiniz.
Qız - imkan və potensialınızı aşkarlamaq üçün münasib gündür. Səhər saatlarından etibarən fəal olun, aktiv çalışın. Əməyinizin məhsuldar olmasına can atın. Yaradıcılıq potensialınız yüksəkdir. Qeyri-standart yanaşma tələb edən işlərdə böyük nailiyyət əldə oluna bilər. Ətrafınızdakı insanlar heç də həmişə sizi dürüst anlamırlar. Əsl məqsədinizi onlara başa salın. Buna xeyli vaxt tələb olunsa belə, fikirlərinizi açıqlayın. Günün ikinci yarısında romantik macəra, ciddi münasibətlərin əsası qoyula bilər. Hisslərinizi gizlətməyin. Gələcəklə bağlı planlarınızda düzəlişlər edin. Axşam saatlarında sayıq olun.
Tərəzi - çətin, amma maraqlı gündür. Günün ilk yarısı tələskəlik və hövsələsizlik durumunda keçir. Mühüm olan işi normal başa vurmaq imkanları tükənir. Kiçik işləri ətrafınızdakı insanlardan birinə həvalə edin ki, önəmli problemin çözümü üçün imkan və vaxt olsun. Sənədləşdirmə, hesabatlar və məruzələrlə məşğul olmaq üçün əlverişli zaman deyil. Kiçik səhvlər riski çoxdur. Günün ikinci yarısı daha sakit olacaq, gözləntiləri doğruldacaq. Dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.
Yaşlı qohumlarla danışarkən onların məsləhətlərinə qulaq asın. Belədə hadisələri yeni aspektdə görə bilərsiniz. Yaşam arealınızda dəyişikliklər edə bilərsiniz.
Əqrəb - işdə uğurlar vəd edən gündür. Şəxsi münasibətlər müstəvisində isə ambisiyalarınız böyük olmasın. Emosional fon stabil deyil. Əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Ətrafınızdakı insanlar davranışızı anlamayacaqlar. Yaşam potensialı səviyyəsi aşağıdır. Yoluxucu xəstəliklər və xroniki ağrılar riski var. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı, sayıq olun. Aldığınız təklifləri olduqca diqqətli şəkildə araşdırın. Sizə önəmli olan insanlardan axşam saatlarında xoş xəbər alacaqsınız.
Oxatan - maliyyə baxımından uğurlu gündür. Maddi durumunuz əhəmiyyətli dərəcədə yaxşılaşa bilər. Günün ikinci yarısına yaxın qəti və sürətli hərəkətlər tələb edən situasiyalara düşəcəksiniz. Konkret addımlar atmazdan əvvəl düşünün, etibar etdiyiniz insanlardan birini köməyə çağırın. Situasiyanın öhdəsindən təkbaşına gələ bilməyəcəksiniz. Yaxınlarınız və sizə əziz olan insanlarla söhbətlərdə səmimi olun, açıq danışın. Niyyət və planlarınız barədə konkret danışın. İstəklərinizi bəyan etməkdən çəkinməyin. Sizə sayğı bəsləyən insanlar yardımlarını əsirgəməyəcəklər.
Oğlaq - peşəkar sahədə uğurlara can atırsınızsa, yaxşı gündür. Dövlət qurumlarına baş çəkmək, təşkilatlarda haqlarınızı qorumaq, kredit qurumunda problemi həll etmək üçün şansı əldən verməyin. Hadisələrə təsir imkanı olan şəxs sizə yardım edə bilər. Yaşlı qohumlardan biri sizə yardım etmək istəyəcək. Amma bilin ki, bu yardım təmənnasız olmayacaq. Günün ikinci yarısında orqanizminizi sınağa çəkməyin. İşlər çox olduğundan şəxsi həyatla bağlı planların bəzilərinin reallaşdırılmasında çətinliklər yaranacaq. Ruhdan düşməyin. Problemlərin çözülməsi üçün yeni imkan yaranacaq.
Dolça - nüfuzlu insanlardan biri ilə təmasları aktivləşdirmək və gördüyünüz işə diqqəti cəlb etmək üçün əlverişli vaxtdır. Dəvət aldığınız tədbirlərə qatılın. Bacarıq, bilik və imkanlarınızı nümayiş etdirin. Günün ikinci yarısında bir qədər fəal olun. Şansınızı qaçırmayın. Darıxdırıcı, yeknəsək iş sizi tez usandıra bilər. Vaxtınızın qədrini bilin, məntiqsiz diskussiyalara və mənasız mübahisələrə qatılmayın. Alış-veriş üçün əlverişli vaxtdır.
Balıqlar - eksperimentlər uğurlu alınacaq. Başqalarının öhdəsindən gələ bilmədiyi məsələləri asanlıqla həll edə bilərsiniz. Daha təcrübəli həmkarları fiaskoya uğratmaq şansınız var. Peşəkar baxımdan sərfəli ola biləcək yeni tanışlıqlar istisna deyil. Günün ikinci yarısında daha aktiv olun. Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi, halınızın pisləşməsinin qarşısını almaq üçün ehtiyatlı davranın. Travma və zədələrdən qorunun. Kulinar eksperimentlər aparmayın.