Türkiyədə gəmi batıb: Ölənlər var

Türkiyədə yük gəmisi batıb.

AzBaku.info NTV-yə istinadən xəbər verir ki, Mersin vilayətindən Zonquldağa yük daşıyan gəmi Mərmərə dənizində radardan itib. Daha sonra gəminin batdığı müəyyənləşib.

78 metr uzunluğundakı “MV Bilal Bal” gəmisində 3.8 min ton yükün olduğu bildirilir.

Gəminin göyərtəsində olan 10 nəfər ekipaj üzvündən dördünün meyiti tapılıb, digərlərinin axtarışı davam etdirilir.