PREZİDENTƏ ŞOK MƏKTUB: “AZİNKA” İLƏ ƏLBİR OLAN REKTOR ATU-NU GÜLƏNÇİ YUVASINA ÇEVİRİB - TAM SİYAHI

Azərbaycan Texnologiya Universitetinin kompüter mütəxəssisi Azər Allahverdiyev sensasion müraciət yayıb

Press-az.com-a gələn müraciətin bir surəti dövlət başçısı İlham Əliyevə ünvanlanıb.

ATU işçisi ali məktəbdəki özbaşınalıqları detallarına qədər açıqlayıb. Onun sözlərinə görə, heç bir idarəçik qabiliyyəti olmayan ATU rektoru Akif Süleymanov və oğlu Şamil Süleymanov sayəsində özbaşınalıq tüğyan edir.

Müraciətdə deyilir: “Akif Süleymanov 2013-cü ildən bəri Texnologiya Universitetinin bütün maddi-texniki bazasını məhv edib, rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Rektor Akif Süleymanovun oğlu Şamil Süleymanov Bakıda Əhməd Rəcəbli 186, Black Pearl Plaza biznes mərkəzinin 3-cü mərtəbəsində yerləşən “AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Univedrsitetinə mühüm vəzifələrə təyin etdiyi prorektorlar Vüqar İsmayılov, Səbuhi Yusifov, şöbə müdirləri Zaur Əliyev, Piri Axundov, Sadiq Əfəndi və digərlərinin icrası ilə Texnologiya Universitetini şəxsi mülkünə çevriblər.

“Azinka” şirkətinin vasitəsi ilə Şamil Süleymanov universitetə kadr axtarıb tapır və öz məqsədləri üçün istifadə edir. Məqsədlərinə uyğun olmayanlar isə qısa müddət ərzində müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılır.

"AZINKA" əməkdaşlarının böyük əksəriyyəti bağlanmış “Zaman” qəzetindən gələnlərdir. O qəzetin qardaş Türkiyəyə ağır zərbələr vurmuş Fətullah Gülənlə bağlılığı hamıya məlumdur.

Türk xalqına ağır zərbə vurmuş, “ZAMAN” qəzetindən gəlib Texnologiya Universitetində işləyən əməkdaşların adlarını, Türkiyə qardaş dövlətində Fətulla Gülən Universitetləri ilə əlaqəsi olan, Azərbaycanda fəaliyyəti dayandırılan Qafqaz Universitetindən gələn əməkdaşların adlarını ardıcıllıqla qeyd edirəm:

1.Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru İsmayılov Vüqar Ağamusa oğlu 2009-cu ildən Qafqaz Universitetində iqtisadiyyatın idarə edilməsi fakültəsinin biznesin təşkili və idarə edilməsi kafedrasında müəssisələrin təşkili və idarə edilməsi ixtisası üzrə doktorantura təhsili almağa başlayıb. 2011/2014-cü illərdə Qafqaz universitetində magistratura və doktorantura şöbəsində müdir müavini vəzifəsində işləyib.

2. Texnologiya Universitetində elm və texnika üzrə prorektor Yusifov Səbuhi Cəbrayıl oğlu, 2004-cü ildən etibarən Qafqaz universitetində dövlət və bələdiyyə idarəetməsi kafedrasında laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb.
2012-ci ildən etibarən Qafqaz universitetinin dövlət və bələdiyyə idarəçiliyinin tədqiqatları mərkəzində müdir vəzifəsini icra edib.

3. Tədris şöbəsinin müdiri, Təlim- tərbiyə işlər üzrə Prorektor vəzifəsini icra edən Axundovun Piri Fərhad oğlu "AZİNKA” şirkətinin vasitəsi ilə rektor oğlu tərəfindən seçilib, göndərib.

4. İlyasov Asiman Rasim oğlu 2010/2015 – ci illərdə Qafqaz Universitetinin mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində sənayenin təşkili və idarəolunması (ingilis dili) ixtisasının bakalavr pilləsini başa vurduqdan sonra Texnologiya Universitetində “İnsan Resurslarını Təlimi və İnkişafı” şöbəsinin müdiri vəzifəsində işləyir, magistraturada əyani təhsil alır.

5. Texnologiya Universitetinin Elm və xarici əlaqələr mərkəzinin direktoru Tacəddin Bayramov Qafqaz Universitetinin Maliyyə və Kredit ixtisası üzrə bakalavr təhsili almış, 2013-cü ildə Qafqaz Universitetində asistent müəllim olaraq işə başlamışdır, 2014-cü ildə fakultə elmi şurasının qərarı ilə tam ştatlı müəllim təyin edilmişdir.

6. Texnologiya Universitetinin Davamlı İnkişaf mərkəzinin müdiri Əfəndiyev Fədai Ehtiram oğlu 2005-ci ildə Qafqaz Universitetin Mühəndislik fakultəsinin Sənaye mühəndisliyi ixtisasının əyani şöbəsinə qəbul olub, 2010-ci ildə bu fakultəni bakalavr təhsili alıb.

7. Texnologiya Universitetinin Mətbuat xidmətinin müdiri: Əliyev Rasim Əziz oğlu, 2002-ci ilin sentyabr ayında “Zaman-Azərbaycan” qəzetində bölgə təmsilçisi vəzifəsində işə başlayıb.
2008-ci ilin dekabrınadək ölkənin Qərb (Gəncə), Şimal-Qərb (Şəki) və Şimal (Quba) bölgələrində bu qəzetin təmsilçisi vəzifəsində çalışıb.

8. Əliyev Zaur Camaləddin oğlu, "AZİNKA” şirkətinin vasitəsi ilə Texnologiya Universitetinin İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru təyin olunub

9. “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunan Əfəndiyev Sadiq Qəhrəman oğlu, Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində işləyir.

10. Hal-hazırda işdən kənarlaşdırılan Texnologiya Universitetində mühüm vəzifələrdə çalışmış İqtisadiyyat Fakültəsinin sabiq Dekanı Nicat Nəsirli, İnsan Resusları şöbəsinin sabiq müdiri Nofəl Salmanov, Davamlı İnkişaf mərkəzinin sabiq müdiri Rauf Əmənov da “AZİNKA” şirkətinin vasitəsi ilə təyin olunmuşdurlar.

Fətullah Gülənə bağlı Qafqaz Universitetdə və Türk liseylərində formalaşmış, “ZAMAN” qəzetində işləmiş bu “insanlar” Akif Süleymanovun oğlu Şamil Süleymanov tərəfindən “AZİNKA” şirkətinin vasitəsi ilə 5 avqust 2015 –ci ildə universitetdə mühüm vəzifələrə təyin olunublar”.

fia.az xəbər verir ki, prezidentə müraciətdə şikayətçi daha başqa ittihamlar yazıb.

Texnologiya Universitetinin kollektivin əsas hissəsinin əmək haqqı 120 - 250 manat olduğu halda, rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun “AZİNKA” şirkətinin vasitəsi ilə təyin etdiyi Prorektorların, Dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin əmək haqları 1500 (min beş yüz) – 5000 (BEŞ min) manat və daha yüksək yazılır. Ən maraqlısı odur ki, maaşdan ödənilməli olan vergilər gizlədilərək qismən ödənilir.

Texnologiya Universitetinin müəllimləri Dosent Həsən Musa oğlu Musayev və Dosent Məsim Kazım oğlu Abadov, universitetin müəllimləri olduğu halda, “AZİNKA” şirkətinə çağrılaraq Universitetdə Dekan vəzifəsinə təyin olunmuşdurlar, hal-hazırda hər iki şəxs işdən müxtəlif bəhanələrlə uzaqlaşdırılıb.

Universitetin tədris işləri üzrə prorektoru Vüqar İsmayılov (ixtisası sosioloq), elmi işlər üzrə prorektoru Səbuhi Yusofov (ixtisası bələdiyyəçi), tədris şöbəsinin müdiri Piri Axundov (ixtisası tarixçi) təcrübəsiz və universitetin profilinə uyğun gəlməyən sahələr üzrə təhsil aldıqlarından tədris və elmi bərbad vəziyyətə salıblar.

Dərs yüklərini əsasən qeyri mütəxəssislərə, istədikləri şəxslərə paylatdıqlarından universitetdə tədrisin səviyyəsi ölkədə ən aşağı həddədir.

Bir çox dərslər deyilmədən, formal olaraq jurnallara qeydiyyatı aparılır. Piri Axundov rus dilində tədris apara bilmədiyi halda, rus dilli qruplara rus dilində “ dərs keçir”.

2013 ildən bu günə kimi 30 nəfərə yaxın professor, dosent, müəllim, 100 dən çox texniki işçi işdən azad olunub, bunlardan bir neçəsi rektor Akif Süleymanov səyi ilə işdən uzaqlaşdırsa da, digərlərini müxtəlif təzyiq vasitələrindən istifadə edərək və yaxud şər-böhtan atdıraraq universitetdən kənarlaşdırıb.

Mən Azər Allahverdiyevə 30 oktyabr 2017 ci il tarixdə rektor Akif Süleymanovun 264 saylı əmri ilə Universitetdəki əmək fəaliyyətimə xitam verilib.

Rektor barəmdə 24 oktyabr 2017-ci ildə 253 saylı, 25 oktyabr 2017-ci ildə təkrarən 254 saylı əmrlə “töhmətlər” verib. Qərəzli töhmətlərdə isə saxtalaşdırdığı 18 oktyabr 2017 ci il tarixli protokolu əsas götürüb.

Təsəvvür edin ki, rektor məni işimdən etmək üçün üzümə iki qız qoyub. Onları da buna sövq edib. Bunlardan biri “Qiyabi və Distant təhsil mərkəzinin” mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə Universitetin tanımadığım II kurs tələbəsi Cəmilə Əsgərzadədir.

Təəssüf ki, şərlənən təkcə mən olmamışam. Rektor belə bir təcrübəsini professorların, müəllimlərin üzərində məndən əvvəl də sınaqdan keçirib. Akif Süleymanov Universitetin istənilən əməkdaşını hansı yolla olur olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atıb.

Araşdırılsa, oxşar, şərləmə ilə yadda qalan əmrləri üzə çıxar. Bu dəhşətdir ki, şərləmə kampaniyasında Universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütəmadi istifadə olunub.

Axı mənim üzümə qoyulan qız da müəllim qızıdır. Atası Gəncədə 34 saylı orta məktəbin direktoru Yuris Xəlilovdur.

Universitetdə korrupsiya ən son həddə çatıbdır, 9 sentyabr 2016-cı il tarixində 185 saylı əmrlə “Qurban bayramı” ilə əlaqədar olaraq özlərinə yaxın 30 nəfər əməkdaşın hər birinə 550 manat mükafat yazılaraq, sonradan həmən vəsait prorektor Vüqar İsmayılov tərəfindən toplanaraq mənimsənilib.

Rektor Akif Süleymanov dosent olduğu halda 5-ildir ki, özünü universitetdə professor adlandıraraq professor maaşı alır. Dosent olmayan prorektorlar Vüqar İsmayılov, Sabuhi Yusifov da 3 ildir ki, dosent maaşı alırlar.

Sizdən xahişim budur ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov haqqında ciddi addım atasınız. Rektor Akif Süleymanovu işdən kənarlaşdırmağınızla birlikdə, onu Azərbaycan Qanunlarının qarşısında cavab verməyi üçün ciddi tədbir görəsiniz”.