urnalist Andrey Kondraşovun “Putin” sənədli filmində 2000-ci ilin sonunda Rusiya liderinin Bakıya səfəri zamanı ona qarşı hazırlanan sui-qəsdin təfərrüatından danışılıb.
Oxu.Az-ın xəbərinə görə, süjetdə bildirilir ki, terror aktı Şəhidlər Xiyabanında planlaşdırılıb.
Hücumun təşkilatçısı Əbdürəhrəman Buhari kimi tanına İraq vətəndaşı Kənan Əhməd Rüstəm idi.
“Bu, Azərbaycan MTN-nin ən gərgin işlərindən biri idi. Bundan əvvəl bizim mütəxəssislər kustar üsulla hazırlanmış elə partlayıcı qurğu görməmişdilər”, - Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İndrata Fətullayeva deyib.
SİM kartlarla birləşdirilmiş bir neçə bomba partlamalı idi, lakin Azərbaycan və Rusiya xüsusi xidmət orqanlarının səyi nəticəsində bunun qarşısı alındı.
Terrorçu Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən izlənilən Xatabın zəngindən sonra ələ keçdi.