Çin öz kosmik stansiyasını batırdı

Çin kosmik stansiyası “Tyanqun-1” (“Səma iqəmatgahı-1”) Sakit okeanın cənub hissəsində - atmosferdə yanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi Çin Xalq Azadlıq Ordusunun mətbuat xidmətinə istinadən məlumat verir.

Kosmik stansiya atmosferə Bakı vaxtilə 08:15-də daxil olub. Stansiyanın qalıqlarının əksəriyyəti planetin səthinə çatmayaraq yanıb.

Çəkisi 8,5 ton, uzunluğu 12 metr və diametri 3,3 metr olan “Tyanqun-1” stansiyası 2011-ci ilin sentyabr ayında orbitə çıxarılıb.

Hazırda Çinin Yer kürəsi orbitində “Tyanqun-2” kosmik laboratoriyası var.