Universitetə silahlı hücum: 2 tələbə öldü - ABŞ-da

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hücum qeydə alınıb.

AzBaku.info Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.

Ölənlərin tələbə olduğu bildirilir.

Hücumu təşkil edən şəxs ölüb. Onun hansı şəraitdə həlak olduğu barədə məlumat verilmir.