Neymar üçün dünyanı şoka salacaq təklif

"Real" bir müddətdi heyətinə qatmaq istədiyi Neymarın transferini bu yay bitirmək niyyətindədi.

Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, Madrid klubu PSJ-nin braziliyalı ulduzu üçün rəsmi təklifini göndərməyə hazırlaşır.

İddialara görə, "Real" bu transfer üçün PSJ-yə 300 milyon avro öədəyəcək. Neymarın özünə ödəniləcək məbləği və digər xərcləri də nəzərə alsaq, bu məbləğ 450 milyon avroya qədər artacaq.

Qeyd edək ki, PSJ Neymarı ötən yay "Barselona"dan 222 milyon avroya alıb.