“Formula 1” üzrə Azərbaycan Qran-prisində təhlükəli anlar yaşanıb.
Oxu.Az-ın xəbərinə görə, yarış zamanı trasa ağac budağı düşüb.
Operatorun göstərişindən sonra marşallardan biri bolidlər keçidi zamanı yaranan fasilədən istifadə edərək yola çıxıb və budağı götürüb.
Onun hərəkəti alqışlarla qarşılanıb.