Bakıda aeroport yolunda dəhşətli qəza: yaralılar var – Video

Bakıda aeroport yolunda ağır qəza baş verib.

Yenicag.az xəbər verir ki, mayın 8-i Koroğlu metrosunun yaxınlığında qeydə alınıb. Qəza zamanı “Hyundai” və “Vaz2107” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Vaz” markalı avtomobil yolayrıcında olan işıq dirəyinə çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.