Ucarda avtomobil piyadanı vurub

Ucarda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AzBaku.infoAPA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Bakı-Qazax yolunda Qazax istiqamətində hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yolu keçmək istəyən rayonun Qarabörk kənd sakini, 1974-ci il təvəllüdlü Bəxtiyar Lətif oğlu Məhərrəmovu vurub. Yaralı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ucar rayonunda travmatologiya şöbəsi olmadığı üçün B. Məhərrəmov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.