Avtomobildən 4000 manat oğurlanıb - Masallıda

Faktla bağlı araşdırma aparılır
Masallı rayonunda avtomobildən 4000 manat oğurlanıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mayın 23-də rayon ərazisində əməliyyat keçirilib.

Nəticədə “VAZ-2101” markalı avtomobildən 4000 manat oğurlamaqda şübhəli bilinən Yeddioymaq kənd sakini Ziya Nəsirov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.