Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq - FOTO

“Rafiq Hüseynov gözəl səsi, gözəl ürəyi olan əvəzolunmaz diktor idi”.

AzBaku.info-nun APA-ya istinadla xəbərinə görə, bunu Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimində jurnalistlərə Ofeliya Sənani deyib.
“Rafiqin yoxluğu mənim üçün çox çətindir. Rafiq bizim əzizimiz, yaxın məsləhətçimiz, əla dostumuz idi. Biz diktorlar bu yaşda yetim qaldıq. Onun məsləhətinə hər zaman ehtiyacımız var. Xəstə ola-ola bizə öz məsləhətlərini verirdi. Heç kəs məndən inciməsin, amma onun kimi diktor olmayacaq. Rafiq Hüseynova təklif etmişdilər ki, Moskvada işləsin. Ev də, yüksək maaş da verirdilər. Rafiq razı olmadı. Demişdi ki, Azərbaycandan kənarda qala bilmərəm. Rafiqlə bir yerdə çoxlu verilişlər aparmışam. 30 il bir yerdə işləmişik. Allah onu o qədər çox istəyir ki, vida mərasiminin keçirilməsi televiziyanın yubileyi ərəfəsinə düşdü”, - deyə o bildirib.

Xalq artisti Şərqiyyə Hüseynova isə Rafiq Hüseynovun timsalında müəllimini itirdiyini deyib:
Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq - FOTO
Ofeliya Sənani: Biz diktorlar bu yaşda yetim qaldıq - FOTO