Tayvanlı alim Marsda həyatın olduğunu sübut etdi – Şok açıqlama

Tayvanlı ufoloq Skott Uorinq bu yaxınlarda Mars planeti ilə bağlı yeni açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, Skott Qırmızı planetdə canlı həyatın olduğunu aşkar etdiyini bildirib. Onun sözlərinə görə, Mars planetindən əldə edilən fotolarla bu sübut edilib.

Alim bəyan edib ki, daha dəqiq məlumat əldə etmək üçün 100-dən çox fotonu tədqiq edib. Fotoların bir çoxu digərindən heç nə ilə fərqlənməyib. Alim qeyd edir ki, fotolar əvvəl gördüyü Mars fotolarından elə də fərqli deyil.

Amma fotoların ikisində ufoloq nəsə qəribə bir şey görüb və incələməyə başlayıb.

Tədqiqatçı bildirir ki, fotolarda ağ tüstülər görünür. Bunlar isə canlı orqanizmlərin hərəkət izləridir. Ehtimal edilir ki, izləri kərtənkələ qoyub.

Ufoloq qeyd edir ki, bu informasiya tezliklə sübut ediləcək və belə bir faktı gizlətmək mümkün olmayacaq.