Gəlinlik almağa gedən qızı kəfənə bürüdülər - Nişanlıları ölüm ayırdı - VİDEO

Türkiyənin Yozgat vilayətində ağır yol qəzası baş verib.

AzBaku.info xəbər verir ki, Yozgatın Yerköy kəndi yaxınlığında "BMW" markalı avtomobil kombaynla toqquşub. Nəticədə avtomobildəki nişanlı qız və başqa iki nəfər dünyasını dəyişib, 3 nəfər yaralanıb.
Məlum olub ki, qəzada ölən qız toya hazırlaşırmış. Onlar gəlinlik almaq üçün şəhər mərkəzinə gediblərmiş.(milli)