“Caspian Plaza” yanır - VİDEO + YENİLƏNİB

“Caspian Plaza” biznes mərkəzindəki yanğın söndürülüb.

Oxu.Az-ın xəbərinə görə, “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub.

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

11:55

“Caspian Plaza” biznes mərkəzinin 8 və 9-cu mərtəbələrində yanğın başlayıb.

Oxu.Az xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Binada işləyənlər ofislərdən çıxarılıb.