Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli qərarının ölkədə qiymət artımına səbəb olacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan fikirlərlə bağlı məlumat yayıb.
Komitənin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumatda qeyd edilib ki, avqustun 7-də bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli 344 nömrəli qərarı şərh edilərək, bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə fikirlər səsləndirilib.
Dövlət Gömrük Komitəsi bildirir ki, söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir.
Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur. Onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir.