Cənubi azərbaycanlılardan sosial şəbəkədə yeni trend - VİDEO

Sosial şəbəkədə İranda yaşayan Cənubi azərbaycanlı gənclər tərəfindən maraqlı trend start götürüb.

Oxu.Az xəbər verir ki, "Challange”ə əsasən, onlar müğənni Əlirza Şərifzadənin "Səni deyirlər” mahnısının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər.

Sözügedən görüntülər isə sosial şəbəkələrdə sürətlə populyarlaşır.

Qeyd edək ki, bir zamanlar "Harlem Shake” adlı video da belə bir trendin yaranmasına səbəb olmuşdu. İnsanlar çılğın rəqslər edib, videoya çəkir və sosial
şəbəkələrdə paylaşırdı.