Nura Suri: Səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir?

Azərbaycan teleməkanında yayımlanan verilişlər və aparıcıları tənqid edənlər sırasına müğənni Nura Suri də qoşulub.

AzBaku.info xəbər verir ki, müğənni bu haqda “Facebook” hesabında kəskin fikir bildirib.

O, efir məkanında olan bəzi aparıcıları “biabırçı” adlandırıb:

“Azərbaycanda aparıcı qıtlığıdır? Nə olub, hər yerindən duran veriliş aparır. Ayıbdır! Peşəsinin mənbəyi bəlli olmayanlar bütün günü efirdədir. Belə biabırçılıq olar? İncəsənət Universitetinin hər il yüzlərlə tələbəsi işsiz qala-qala hərə bir tanışını seriala, filmə çəkir. Bu, nə dəbdir? Bütün psixoloji xəstələri məclislərə dəvət edir, sonra da məzələnib videolarını çəkərək paylaşırlar.

Nura Suri: Qidalara görə kişilərdə qadınlaşma gedir - FOTO
Mənası nədir? Məqsədiniz nədir, ay hörmətli insanlar? Ay özünə hörmət edən “jurnalistlər”, siz niyə belələrini təbliğ edirsiniz? Hələ peşəkar aparıcıları demirəm...

Belələrini niyə efirə dəvət edirsiniz? Nə yapışmısınız reytinq sözündən? Bu, nə bəhanədir? Belə səviyyəsizliyi təbliğ etməkdə məqsədiniz nədir? Adamın köçüb adada yaşamağı gəlir. Bəsdirin də, zövqsüzlüyü, ağılsızlığı, pozğunluğu təbliğ etmək olar?!”

“Facebook” Nura Surini “erməni” paylaşımına görə blokladı – FOTO
Qeyd edək ki, Nura Suri zaman-zaman öz tənqidləri ilə medianın gündəminə gəlir.