“Mənə atılan böhtana cavab verirəm. Biz ailəvi dostumuzun evində olanda bu sulardan istifadə etmişik”.
Bunu GoldNews.az-a açıqlamasında İçərişəhər Cümə məscidinin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli içki məclisində olduğu iddia edilən fotosu ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
“Şəxsən həmin yalan-palan yazan səhifənin yalanını üzə çıxartmaq üçün bu suların eynisinin şəklini paylaşdım, qoy, yalançılıqları faş olsun. Mən 7 yaşından Quran oxuyuram. Ömrümdə bir gün də olsun ki, içki məclisində oturmamışam. Kim mənim haqqıma girirsə, mən haqqımı halal etmirəm. Bu yalan şayiəni də yayanın səhifəsinə baxdım, ateistdir. Mənim adımdan yalan paylaşım etməklə özün tanıtdırmaq istəyir. Özü mey əhli olduğu üçün hər gördüyü şüşəni şərab bilir. Bu təxribat xarakterli başlıqlara inanmayın. Yalan, yalan, yalandır. Bunu mən möminlər üçün deyirəm ki, sui-zənnə düşməsinlər” – deyə, ilahiyyatçı qeyd edib.
Qeyd edək ki, sosial şəbəkədə Hacı Surxay Məmmədlinin içki məclisində əyləşdiyini əks etdirən fotoların yayıldığı iddia olunurdu.