KTN-də müəmmalı kadr islahatı - Adəm İsmayılov “Azəraqrar" direktoru təyin edilib?

Adı müxtəlif qalmaqallarda hallanan iş adamının “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direkoru təyin edildiyi deyilir.


Kənd Təsərrüfatı Nazirliyindən AzFakt.com-a daxil olan məlumata görə nazir İnam Kərimov bir ay öncə yeni yaradılmış “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edib.


Saytımıza verilən məlumatda bildirilir ki, nazirliyin İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri Adəm İsmayılov “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edilib. Adəm İsmayılovun təyinatı ilə bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcəyi gözlənilir.


Qeyd edək ki, mətbuatda adı MTN çetesi və sabiq nazir Eldar Mahmudovun ortağı olan "Akul Akif"in sağ əli kimi hallanan Adəm İsmayılov bizneslə yanaşı, elmi fəaliyyətlə də məşğuldur. Adəm İsmayılov fəlsəfə elmləri doktorudur.
KTN-də müəmmalı kadr islahatı - Adəm İsmayılov “Azəraqrar" direktoru təyin edilib?


Xatırladaq ki, Adəm İsmayılovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə direktor təyin edilməsi ilə bağlı dəfələrlə Kənd Təsərrüfatı Nazirliyindən münasibət münasibət örgənməyə çalışsaqda, istəyimiz İstəyimiz baş tutmadı.//azfakt.com//