Sevda Yahyayeva ailə qurmaq istədiyini elan etdi: "Sevgilim yoxdur, amma..."

“Səmimi deyirəm, sevgilim yoxdur. Amma ailə qurmaq istəyirəm. Artıq özümü buna hazır hiss edirəm”.

Bu sözləri müğənni Sevda Yahyayeva “X maqazin”ə açıqlamasında deyib. Son günlər artıq çəki atması ilə diqqət çəkən sənətçi pəhriz saxladığını deyib:

“Çörəkdən tamamilə imtina etmişəm. İdmanla ciddi məşğul oluram. Heç vaxt plastik əməliyyat etdirməmişəm. Amma vaxtı gələndə etdirəcəm”.

Sevda Günay İbrahimli ilə aralarında ciddi problem olması xəbərlərinə münasibət bildirib. O, “Deyirlər ki, Günayla Sevda düşməndir” sözlərinə belə cavab verib:

“Münasibətimiz çox yaxşıdır. Şou-biznesdə küsülü olduğum şəxs yoxdur”./goldnews.az