Azərbaycanda məmur işdən niyə çıxarıldı? - SƏBƏB - YENİLƏNİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovun işdən çıxarılmasının səbəbi məlum olub.

İdarədən A24.az-a verilən məlumata görə, A.Aslanov öz ərizəsi ilə işdən çıxarılıb.

“Səhhətində problemlər yaranmışdı. Ona görə də öz ərizəsi ilə işdən çıxdı. Yəni ki, işdən çıxarılmayıb, özü çıxıb. Hazırda Azər müəllimin yerinə kiminsə təyin olunmağından xəbərimiz yoxdur” – deyə, Dövlət Ekspertiza idarəsindən verilən məlumatda deyilir.

***11:20

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb.

unikal.org xəbər verir ki, Muxtar Babayev nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza idarəsinin rəisi Azər Aslanovu tutduğu vəzifədən azad edib. Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.