Azərbaycanda DƏHŞƏTLİ QƏZA: avtomobil körpüdən aşdı, bir ailənin 5 üzvü...

Tovuzda bir ailənin 5 üzvü olan avtomobil körpüdən aşıb.
Azbaku.org Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.
Kənd sakini, 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və kənd ərazisindəki körpüdən çaya aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - Bayramlı kənd sakinləri, 1987-ci il təvəllüdlü Cəfərova Xəyalə Rəşid qızı, 1971-ci il təvəllüdlü Cəfərov Cəmil Kamil oğlu, 1962-ci il təvəllüdlü Cəfərov Rəşid Kamil oğlu və1976-cı il təvəllüdlü Cəfərova Samirə Əli qızı müxtəlif dərəcəlki bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan X.Cəfərovanın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.