Ucar rayonunda itkin düşmüş qadının meyiti tapılıb.
Ucar Rayon Prokurorluğundan Oxu.Az-a verilən məlumata görə, rayonun Qaradağlı kənd sakini, 1987-ci il təvəllüdlü Gülnar Fuad qızı Həşimovanın meyiti Qazıqumlaq kəndinə yaxın otlaq sahəsində aşkarlanıb.
Rayon prokurorluğu və məhkəmə tibbi ekspertizası əməkdaşlarının iştirakı ilə hadisə yerində meyitə baxış keçirilib.
31 yaşlı qadının bədənində kəsici-deşici alətlə yetirilməyə xarakterik çoxsaylı xəsarətlər aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayon polis şöbəsi və prokurorluq əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəld olunması istiqamətində zəruri istintaq əməliyyatları davam etdirilir.