Əməkdar artist Nüşabə Ələsgərli "5/5" verilişinin qonağı olub.
AzBaku.info axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal müğənnini tərəziyə çıxararaq onun 90 kiloqram olduğunu göstərib. Buna etiraz edən Ələsgərli bildirib ki, 72 kiloqram çəkisi var.
Aparıcı ilə müğənni canlı yayımda mərcə girib. Zaur bildirib ki, əgər N.Ələsgərli 90 kiloqram olmadığını sübut etsə, ona 5 min dollar verəcək.
Nüşabə çəkisinin az olduğunu sübut edərək, İnstaqram-da "Əlbəttə, Zaur uduzdu" sözlərini yazıb.
Z.Kamal bildirib ki, sənətçini proqramına çağıracaq və uduzduğu 5 mini canlı efirdə ona verəcək.