Türkiyə-Ermənistan sərhədində nəzarət kameraları quraşdırılıb

Türkiyədə Kars valiliyi tərəfindən Ermənistanla sərhəddə nəzarət kameraları quraşdırıb.

AzBaku.infonun APA-ya istinadən verdiyi xəbərə görə, nəzarət kameraları sərhəd xəttinin daimi nəzarət altında saxlanılması məqsədi ilə quraşdırılıb.

Hazırda kameraların sınaqdan keçirilməsinin davam etdiyi bildirilir.

Valilikdən həmçinin bildirilib ki, 2 milyon 880 min lirə başa gələn layihə Türkiyə-Ermənistan sərhədinin Qars hissəsində mənfi məqamları aradan qaldıracaq və daha yüksək təhlükəsizliyi təmin edəcək.