Sumqayıtda maşın YDM-ə çırpıldı: 4 yaralı - VİDEO

Sumqayıt şəhərinin girəcəyində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində qəza baş verib.
AzBaku.org “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan 50-DC-079 dövlət qeydiyyat nişanlı “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq YDM-in ətrafındakı daş maneəyə çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.