r

Dövlətin göndərdiyi “CİP”i bir qadına bağışladılar- Ukrayna səfirliyində daha bir şok+VİDEO

Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev BakuPost-a verdiyi müsahibədə hazırkı səfir Azər Xudiyevin ünvanına bir sıra ittihamlar səsləndirmişdi.


Bu sırada səfirliyə aidiyyəti olmayan şəxslərin diplomatik nömrəli avtomobillər idarə etməsinə dair ittihamlar da yer almışdı.

"Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinə məxsus diplomatik nömrələr diplomatiya ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan, lakin səfir Azər Xudiyevə bu və ya digər mənada bağlı olan adamlara verilir. Bu, çox ciddi qanun pozuntusudur”- deyən sabiq səfir, diplomatik nömrəli avtomobil idarə edənlərdən biri kimi Azərbaycanın Ukraynadakı səfirliyində uşaqları ilə birgə yaşadığı iddia olunan xanımı göstərmişdi: "Bir məqam isə səfirliyin iqamətgahında Ukrayna vətəndaşı olan bir xanımın uşaqları ilə bərabər yaşamasıdır. Bu da yolverilməz haldır. Əlimizdə çox ciddi foto və videolar var. Diplomatik qaydalara uyğun olaraq səfirliyin iqamətgahında xarici vətəndaşın yaşamaq hüququ yoxdur, o, agent də ola bilər. Məhz bu həmin xanımdır ki, iqamətgahda yaşadığı kimi, Azərbaycan səfirliyinə məxsus diplomatik nömrəli avtomobil də idarə edir. Bəli, maşın səfirin şəxsi malı ola bilər, amma nömrə diplomatik nişanlıdır. Bilirsiniz, bu barədə faktlar çoxdur. Biz yaxın günlərdə bu istiqamətdə ciddi dəlillər ortaya qoyacağıq”.

Azərbaycanda səfirliyində diplomatik missiyaya aidiyyəti olmayan Olqa adlı xanımın yaşadığına dair məlumat bir müddət əvvəl də mətbuatda yer almışdı. Hətta soydaşlarımızdan biri həmin xanımın qırmızı rəngli avtomobil idarə etdiyini əks etdirən video görüntü də yaymışdı. Bundan başqa, ukraynalı xanımın səfriliyimizin binasına daxil olduğunu təsdiq edən GÖRÜNTÜLƏR DƏ MƏTBUATDA YAYILIB.

Maraqlıdır ki, Ukraynadakı səfir Azər Xudiyev diplomatik missiyaya aidiyyəti olmayan xanımın öz uşaqları ilə birgə səfirlikdə yaşadığına dair iddialara bu günə qədər münasibət bildirməyib. Bu xanım kimdir? Hansı əsaslarla səfirilyimizdə məskunlaşıb? Onu səfirimizə hansı tellər bağlayır? Niyə onun idarə etdiyi avtomobilə diplomatik nömrə verilib? Bütün bu kimi suallar hələ də cavabsızdır...

Belə bir sualın aktual olduğu bir vaxtda redaksiyamıza həmin xanımla bağlı daha bir diqqətçəkən video göndərilib. Videoda Olqa adlı xanımın yenə də diplomatik nömrəli avtomobil idarə etdiyi əks olunub. Bu dəfə isə xanımın istifadəsində "Mitsubishi Outlander” markalı yeni avtomobildir. Məlumata görə, bu avtomobil dövlət tərəfindən bu yaxınlarda səfirliyə ayrılmış 3 yeni avtomobildən biridir.
Səfirliyə ayrılmış yeni avtomobilin dipkorpusa aidiyyəti olmayan ukraynalı xanıma verilməsi hansı qanunla tənzimlənib? Azər Xudiyevin niyə diplomatik nömrəli yeni "Mitsubishi Outlander” də şəxsi əmlakı, səfirliyi isə şəxsi malikanəsi kimi istifadə etməsi sual olaraq qalır.

Bu suallara aydınlıq gətirilməsi üçün səfirliyə sorğu göndərmişik. Cavablandırılsa, qarşı tərəfin mövqeyi kimi yayımlayacağıq.[video=http:/