r

Paytaxtda qazla işləyən avtobus partladı - ŞOK GÖRÜNTÜ

Bu gün günorta saatlarında İsveçin paytaxtında avtobus partlayıb.

DogruXeber.az Rossia Today-a istinadən xəbər verir ki, Stokholmun mərkəzində qazla işləyən iritutumlu avtobusda qəfil partlayış baş verib və güclü yanğın başlayıb.

Hadisə vaxtı avtobusun sürücüsü ağır xəsarətlər alıb. Xoşbəxtlikdən hadisə vaxtı nəqliyyat vasitəsində sərnişinlər olmayıb. Hadisə şahidləri avtobusun sərnişinləri daşıdığı vaxt partlaması halında, xeyli insan itkisinin baş verə biləcəyini bildiriblər.