Ankarada İŞİD üzvü olan 111 nəfər saxlanılıb


Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatda Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin 1500 əməkdaşı iştirak edib.

Mərkəzi rayonlar, o cümlədən, Sincan, Etimesqut və Çubuq da daxil olmaqla 250 ünvanda eyni vaxtda aparılan əməliyyatda 245 şübhəlidən 111-i saxlanılıb.

Aralarında İŞİD-i dəstəkləyən “Tatlıbal qrupu" üzvlərinin də olduğu şübhəli şəxslərin ünvanlarında aparılan axtarışda çoxlu sayda təşkilati proqram və rəqəmsal materiallar müsadirə olunub.