Rusiyada yaşayış binası çökdü, ölənlər var – VİDEO+YENİLƏNİB

Rusiyada 9 mərtəbəli yaşayış binasında uçqun baş verib.

AzBaku.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, uçquna mənzillərin birində qaz sobasında baş vermiş partlayış səbəb olub.

Nəticədə binanın bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

Uçqun nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Rusiya Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstələrin vəziyyəti orta ağırdır. Onların həyatı üçün təhlükə yoxdur.

Hazırda hadisə yerində xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar.

Faktla bağlı araşdırma aparılır.

18:27

Rusiyanın İjevsk şəhərində Oktyabrın 10 illiyi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasının bir hissəsi çöküb.

AzBaku.info-nun xəbərinə görə, hadisə yerindən görüntülər videosu sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, doqquzmərtəbəli binada partlayış baş verib, bundan sonra yaşayış binasının bir hissəsi dağılıb. Dağıntılar altından iki nəfərin cəsədi tapılıb.