Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlandı

Bakıda orta yaşlı kişi qadın tərəfindən bıçaqlanıb.

AzBaku.info "Report"a istinadla xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Azadlıq prospektində, 47 nömrəli orta məktəbin yaxınlığında 1985-ci il təvəllüdlü Babayev Rövşən İlham oğlu tanıdığı qadınla mübahisə edib. Mübahisə zamanı qadın bıçaqla onun əlinə xəsarət yetirib.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.