Prezident İlham Əliyevin hər bir çıxışında məmur özbaşınalığına son qoymaq məqsədi ilə dəfələrlə etdiyi sərt sözləri nədənsə bəzi bölgələrdə ,o cümlədən ,Cəlilabad rayonunda əməl olunmur.Belə ki,1996-1998-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən aparılan islahatlar,torpaqların bölünüb vətəndaşların ixtiyarına verilməsi prosesi Cəlilabad rayonunda düzgün aparılmadığından sakinlər hələ də əziyyətlər çəkirlər.Yəni dövlət tərəfindən əkin üçün verilən pay torpaqları islahat zamanı rəsmi sənədlərlə verilsə də, sonradan bəzi yerli məmurlar tərəfindən qeyri- rəsmi alınaraq ayrı-ayrı adamlara satılıb.
Belə ki,bir neçə dəfə Xəbəral.az saytı tərəfindən sözügedən məsələyə toxunulsa da nədənsə Cəlilabad rayon icra hakimiyyəti, yerli məmurlar yazımıza dırnaq arası baxaraq öz bildiklərini edib vətəndaşı əməlli başlı get-gələ salıblar.Bir müddət öncə Tərlan Ağayev adlı şəxsdən saytımıza şikayət məktubu daxil olmuşdur. Müraciətdə bildirilirdi ki, Cəlilabad rayonunda 1996-1998-ci illərdə aparılan islahatlar zamanı hamı kimi onların da ailə üzvlərinə dövlət aktı əsasında,beş nəfər ailə üzvləriylə birlikdə 68 sot pay torpaq verilmişdir. “2015 ci ildə Dövlət aktı əsasında dövlət rüsumu ödəyərək 8 saylı ərazi idarəsi tərəfindən qeydiyyata alınıb. Çıxarış verilib. Baxmayaraq ki, Tərlan ailə üzvlərilə birlikdə on beş nəfərin yeganə dolanışıq yerleri bu torpaqdır. Şəxsi əkin sahəsindən istifadə etdiyi bir zamanda kimlər tərəfindənsə 28 sot torpağı zəbt edilir.
Tərlanın öz dilindən: “Ağayev Tərlan Abbasqulu oğlu. Cəlilabad rayon Muğan kənd sakini. Dövlət aktına əsasən 5 nəfərlik ailə üzvümüzə 1996-cı ilin islahat dövrü ərəfələrində 68 sot pay torpaqn sahəsi verilib. Həmin pay torpaq sahəsinin də 2015-ci ildə dövlət aktına əsasən rüsumunu ödəmişik dövlət reyster xidmətinin 8 saylı ərazi dairəsinə, çıxarış verilib, plan ölçüdən imtina olunub. imtinada reyster rəisi səbəb kimi göstərib ki, Cəlilabad rayonunda təkrar islahat getdiyi üçün sizin dövlət aktınız ləğv olunur. Şifahi olaraq bildirildi ki, `sənə plan və ölçünün verilməsi mümkün deyil. Soruşuram təkrar islahat nə vaxt keçirilib.Onda Yaşar Vəliyev idi oranın rəisi. Deyir keçirilib də 2003-2005-ci ildə. Yaxşı 2003-2005-ci ildə keçirilibsə islahat bəs 2015-ci ildə bu dövlət aktı necə olur qeydiyyata alır, çıxarış verir. (2015-ci il mayın 29-da çıxarış verilib halbuki).
Hazırda 68 sotun 28 sotunu bir şəxs istifadə edir qeyri qanuni üsullarla, 18 sotunu biri, 22 sotu hazırda bizdədir.”-deyə şikayətçi bildirirdi. Şikayətçi ilə görüşərək problemlərini araşdırmaq istədik.
Tərlan Ağayev Xəbəral.az saytına onu da bildirdi ki,qalmaqallı torpaq problemi ilə bağlı məhkəmə orqanları tərəfindən xeyrinə verilən qərarları əlinə alsa da, Cəlilabada nədənsə Dövlət Reyster Xidmətinin 8 saylı ərazi dairəsi və oranın məhkəmə icraçıları sözügedən məsələni icra etməkdən boyun qaçırırlar.Səbəbi amma bilinmir!?
Tərlan Ağayev qeyd etdi ki,Cəlilabad məmurları tərəfindən əlindən alınıb başqa adama satılan pay torpağının ona qaytarılması üçün dəfələrlə AZƏRBAYCAN RESPUBLIKASI ƏMLAK MƏSƏLƏLƏRI DÖVLƏT KOMİTƏSİ-nin sədri Kərəm Həsənovla görüşüb dərdini deyib. Kərəm Həsənov da işin düzgün araşdırılmasına tapşırıq verib, amma niyə görəsə Cəlilabad məmurları yenə də öz bildiklərin edərək vətəndaşı dövlətdən narazı salmağa çalışırlar.
İnanırıq ki,Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov və aidiyyatı qurumlar vətəndaşın pay torpağını ona qaytarmaqda yaxından köməklik edəcəklər. Qarşı tərəfi dinləyib dərc etməyə hazırıq