Bakıda qadın sürücü qəza törədib, sürücülər arasında mübahisə yaranıb.
AzBaku.info "Report"a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonunda baş verib.
Belə ki, aeroport şossesində 99 CH 192 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobili idarə edən qadın sürücü qəfildən ötmə əməliyyatını yerinə yetirmək üçün qadağan edilən düz xəttin üzərindən sağ zolağa keçib. Bu zaman avtomobilin arxasında hərəkətdə olan 10 LM 970 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobili idarə edən Əsgərov Gündüz Murad oğlu idarəetməni itirərək, "Chevrolet"ə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü arasında mübahisə yaranıb.
"VAZ-2107"-də olan sərnişinlər hadisənin baş verməsində "Chevrolet"i idarə edən qadın sürücünü günahlandırıblar. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib və hər iki sürücünün izahatı alınıb.
Fakt araşdırılır, avtomobillər isə cərimə meydançasına yerləşdirilib