Bakıya Böyük Britaniya polisi gələcək - SƏBƏB

“Arsenal” və “Çelsi” komandalarını UEFA Avropa Liqasının mayın 29-da keçiriləcək final oyununa vəsiqə qazanmaları münasibətilə təbrik edirəm. Hər iki komanda əvvəllər Bakıda oyun keçirsələr də, bir-birinə qarşı oynamayıb. Tarixdə ilk dəfə İngiltərə Premyer Liqasının iki klubu Bakının möhtəşəm stadionunda qarşı-qarşıya gələcək və mən bu oyunun yaddaqalan bir hadisə olacağından əminəm.

AzBaku.org"Report"a istinadən xəbər verir ki, bu fikirləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz əvvəlki vaxtlardan daha çox britaniyalı futbol azarkeşinin Bakıya səyahət edəcəyini gözləyirik. Əminəm ki, onlar bu gözəl şəhərdə keçirəcəkləri vaxtdan məmnun qalacaqlar. Azərbaycan özünün yüksək qonaqpərvərliyi ilə tanınır və mən britaniyalı azarkeşlərin burada mehribanlıqla qarşılanacaqlarına inanıram.

Bu həftə Böyük Britaniya polisindən, o cümlədən “Arsenal” və “Çelsi” komandalarından olan nümayəndələr Bakıya gələcəklər. Biz hamımız Azərbaycanın rəsmi qurumları ilə oyunun təşkil olunması istiqamətində sıx əməkdaşlıq edirik. Mən bizə bu işdə dəstək göstərən hər kəsə təşəkkür edir və hər iki komandaya bu önəmli gündə uğurlar arzu edirəm”, - deyə səfir qeyd edib.
Bakıya Böyük Britaniya polisi gələcək - SƏBƏB
Bakıya Böyük Britaniya polisi gələcək - SƏBƏB