Bir neçə gün öncə Sabirabad rayonu M.Ə. Sabir adına 1 saylı tam orta məktəbin direktoru Sevinc xanımın hansı oyunlardan çıxdığını dəyərli oxucularımıza təqdim etmişdik.
Faktaz.com saytında “Millət vəkilinin millətin başına bəla olan qardaşı qızı” sərlöhvəli yazımızdan sonra Təhsil Nazirliyindən Sevinc xanımın fəaliyyətinin araşdırılmasına “start” verilib.Faktaz.com saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə 1 saylı orta məktəblə bağlı yazımızı oxuyan vətəndaş yazdıqlarımızın tam həqiqət olduğunu görüb, öz növbəsində Sevinc xanımdan TN nə şikayət ünvanlayıb. Xülasə yazıda qeyd etdiyimiz faktlarla vətəndaşın şikayəti üst-üstə düşdüyündən nazirlik 1 saylı orta məktəbə audit yoxlama göndərib.
Bu gəlişməni eşidən Sevinc xanım təşvişə düşüb. Dərhal çevirdiyi fırıldaqları və qeyri qanuni pul yığma prosesinin dayandırmaq qərarına gəlib. Məsələ ondadır ki, özünü gələn yoxlama audit qarşısında təmizə çıxartmaq istəyi Sevinc xanımı daha da pis vəziyyətə salıb. Beləki, məktəbin texniki işçilərinin maaş kartlarını öz şəxsi mənafeyi üçün,daha artıq gəlir əldə etmək məqsədilə, qeyri qanuni əllərindən alıb özündə saxlaması sözün həqiqi mənasında “Əminin gül balasının “ başına dərd olub. Gecə ilə işçilərdən yığdığı maaş kartlarını sahiblərinə qaytarıb və yalvarıb ki, qurban olum heç kim bilməsin. Evim yıxılar.
Təbii ki, bu özbaşınalıqdan Təhsil Nazirliyinin xəbəri yoxdur. Lakin bu cür harınlamış bir məktəb direktorunun indiyə qədər işdən azad olunmaması onu göstərir ki, Sevinc xanımın rayon təhsil şefi Pəhləvan Qarayevi “yedizdirməsi” heçdə əbəs yerə deyil. Necə deyərlər “AL GÜLÜM – VER GÜLÜM” !
Məhz bu səbəbdən gələn yoxlamanın da qarşısı böyük ehtimalla “Əminin gül balasının” xətrinə “VER-GÜLÜM” kompanyası ilə alınacaq. Bütün bunlardan guya xəbərsiz olan Təhsil Naziri cənab Ceyhun Bayramov, Sabirabad rayon 1 saylı tam orta məktəbin direktoru Sevinc xanımın üstünə yoxlama göndərməkdə məqsədi isə üstü örtülü formada həm Sevinc xanıma , həm Pəhləvan Qarayevə , həmdə Mirzəcan Xəlilova “AL GÜLÜM – VER GÜLÜM” temininin cavabını göndərib. “ALMAZSAM NAH VERƏRƏM GÜLÜM”. Faktaz.com