“Gelandewagen” Binəqədidə qəza törədib – VİDEO

Gecə saatlarında Bakının Binəqədi rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


AzBaku.org oxu.az -a istinadən xəbər verir ki, rayonun “Varovski” dairəsi adlanan ərazidə hərəkətdə olan “Mercedes Gelandewagen” markalı minik avtomobili dairəvi yola daxil olarkən yol nişanının tələbini pozub. Nəticədə, avtomobil qarşıdan gələn “90-KP-804” dövlət nömrə nişanlı “KİA” markalı minik maşınına çırpılıb.
Qəzada xəsarət alan olmasa da, avtomobilllərə maddi ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı aparılan araşdırmalardan sonra məlum olacaq.