2 uşaq anası ata evində özünü asdı

Qazax rayonunda 33 yaşlı qadın canına qəsd edib.


Oxu.Az-ın məlumatına görə, Yuxarı Salahlı kənd sakini, 1986-cu il təvəllüdlü Fatimə Həsənova atasının evində özünü asaraq, intihar edib.

Onun ailəli və 2 azyaşlı övladının olduğu bildirilir. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.